SƏRİŞTƏLİK

İXTİSASLI HEYƏT

Yaxşı işləyən avadanlıqlar keyfiyyətli tibbi xidmətlərin davamlı çatdırılması üçün vacibdir. Bu cür avadanlıqların aktiv istifadəsi yüksək keyfiyyətli texniki baxım, kalibrləmə və problemlərin həllinə ehtiyac yaradır.

Bəzi individual şəkildə işləyən ustalarla qarşılaşan müştərilər bizə teztez müraciət edirlər, belə ustalarındanişindənsonra avadanlığın bərpası bir qədərdə ağırlaşır. Avadanlıqlarınızın təmirini səlahiyyətli təşkilatlara həvalə etməyinizi tövsiyə edirik.

Bu problemlərin öhdəsindən gəlmək üçün Bio Medical Engineering MMC sizə peşəkar baxım üçün yüksək səviyyəli mühəndislər təqdim edir. Bio Medical Engineering şirkətinin mühəndisləri tibbi avadanlıqlarla işləmək üçün sertifikatlara sahibdirlər. Peşəkar xidmətlərin bütün çeşidlərindən faydalana biləcəksiniz.

Komanda bu sahədə 2009-cu ildən bəri işləyir və bu müddət ərzində ixtisaslarını artıraraq iş bacarıqlarını artırmış. Tibbi avadanlıqların təchizatı, quraşdırılması, tənzimlənməsi, istismarı və təmiri üçün bizimlə əlaqə quraraq əməliyyat risklərini azaldacaqsınız.